Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin müzakirə ediləcəyini bildirib və Türkiyənin ölkəsinin mühüm ticarət və iqtisadi tərəfdaşı olduğunu qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Moskvada jurnalistlərə açıqlama verib.
Ona Putinin Türkiyəyə səfəri zamanı Türkiyədə qaz mərkəzinin yaradılmasına dair yol xəritəsi, Rusiya ilə Türkiyə arasında ortaq bankın yaradılması kimi məsələlərin müzakirə edilib-edilməyəcəyi sualı verilib. Sualı cavablandıran Peskov əlavə edib: “Bütün bu məsələlər gündəmdə olacaq”.
Türkiyə ilə Rusiya arasındakı ticarət və iqtisadi əlaqələrin bütün elementlərinin müzakirə ediləcəyini açıqlayan Peskov vurğulayıb: “Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır. Bu əlaqələrin bütün detalları gündəmdə olacaq”.