“3+3″ formatında (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.
“İrəvana son səfərim zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan məni əmin etdi ki, Ermənistan Azərbaycan Respublikası və ABŞ ilə son danışıqları, həmçinin razılaşmalarında həm İran İslam Respublikasının, həm də Rusiyanın fikirlərini tam nəzərə alıb. Bununla belə, mən inanıram ki, “3+3″ formatında danışıqlar İranın iştirakı ilə problemlərin həlli üçün daha effektiv mexanizmə çevriləcək və Rusiyanın iştirakı ilə daha səmərəli olacaq”, – İran prezidentinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.



