Xəbərlər

Pezeşkian: ABŞ Tehranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozdu

“İyun ayında İranın nüvə obyektlərinə zərbə endirən ABŞ beynəlxalq hüquqa tamamilə məhəl qoymadı”.

“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Belarus lideri Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.

“ABŞ bütün beynəlxalq normaları pozaraq, İranın nüvə obyektlərinə hücum etdi. Onlar beynəlxalq hüququ və bütün ümumi qəbul edilmiş normaları tapdaladılar. İran İslam Respublikası heç vaxt heç bir ölkəyə qarşı müharibə başlatmayıb. Lakin biz hücumların hədəfinə çevriləndə cavab vermək məcburiyyətində qaldıq. Biz başa düşürük ki, kollektiv Qərb dünyaya hökmranlıq etmək istəyir”, – Pezeşkian bildirib.