“BRİCS-ə üzv ölkələrin qarşılıqlı fəaliyyəti birqütblü dünyanın və Amerika totalitarizmi dövrünün sonuna gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Kazana uçmazdan əvvəl deyib.
“Bu sammitdə iştirak edəcək dövlət başçıları BRİCS ilə bağlı fikirlərini təqdim edəcəklər”, – Pezeşkian qeyd edib.
“Səfər Rusiyanın Prezidenti cənab Vladimir Putinin dəvəti ilə həyata keçirilir və çoxqütblü dünya qurmağa çalışan BRİCS ölkələrinin liderlərinin görüşüdür”, – o əlavə edib.
Pezeşkianın sözlərinə görə, BRİCS-də əməkdaşlıq birlik üçün, həmçinin ABŞ və Amerika dollarından asılılığı azaltmaq üçün lazımdır.