Xəbərlər

Pezeşkian: BRİCS-in uğurlu olması ilə ABŞ-ın planlarının qarşısı alınacaq

“BRİCS sammitində verilən qərarların həyata keçirilməsi ilə ABŞ və onun müttəfiqlərinin məkrli planları zamanla neytrallaşacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

BRİCS və BRİCS Plus sammitlərində iştirakın yaxşı nəticələr verdiyini vurğulayan İran Prezidenti qeyd edib ki, bu, İranın BRİCS üzvü kimi iştirak etdiyi ilk sammitdir.

Pezeşkian Rusiyada keçirilən BRİCS sammitində 30 müşahidəçi ölkə və 6 beynəlxalq təşkilatın iştirakına istinad edərək deyib: “BRİCS əslində ABŞ-ın dollarla bağlı vahid üstünlüyünü azaltmaq niyyətindədir. Çünki bu ölkə istədiyi vaxt istənilən ölkədən istifadə edə bilər”.