Bu gün İran Prezidenti Məsud Pezeşkianın yerli və xarici media nümayəndələrinin iştirakı ilə ilk mətbuat konfransı baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı bildirib.
Məlumata görə, mətbuat konfransı yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 15:30) başlayacaq.
Bildirilib ki, tədbiri 300-dən çox yerli və xarici jurnalist işıqlandıracaq.