İranın yeni Prezidenti Məsud Pezeşkian çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkianın bir sıra görüşləri, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayan iranlılarla görüşü də planlaşdırılır.
Həmçinin onun müxtəlif dövlətlərin yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri də gözlənilir.