“İranın yeni Prezidenti Məsud Pezeşkian vəzifəyə gəldikdən sonra ilk xarici səfərini İraqa edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq IRNA-ya müsahibəsində deyib.
Qeyd edilib ki, Pezeşkian İraqın Baş naziri Məhəmməd əl-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.