“İran oktyabrın 1-də baş verən hücum ilə müqayisədə İsrailin hərbi potensialını əhəmiyyətli dərəcədə sarsıtmağa və ona daha güclü zərbə endirməyə qadirdir”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
“Əgər İsrail rejimi bizim təhlükəsizliyimizi pozmaq istəsə, biz də onların təhlükəsizliyinə xələl gətirmək iqtidarındayıq və onlar əvvəlkindən qat-qat güclü cavab alacaqlar”, – Pezeşkian bildirib.