Xəbərlər

Pezeşkian: İran Rusiya və Çinlə əməkdaşlığı artıracaq

“İran çoxqütblü dünya nizamının qurulması üçün Rusiya və Çinlə əlaqələri genişləndirməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.

“Biz birqütblü dünya nizamına qarşı çıxmaq üçün Çin və Rusiya ilə əməkdaşlığımızı dərinləşdirməyə qərarlıyıq. ABŞ beynəlxalq arenada hegemonluğa can atır”, – prezident əlavə edib.