Xəbərlər

Pezeşkian: İran təkrar hücum olacağı təqdirdə İsraili vuracaq

“Tehran İsrailin yenidən İslam Respublikasına hücum edəcəyi təqdirdə İsraildəki hədəfləri vurmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

“Biz İsrailin istənilən hərbi hərəkətinə hazırıq və qüvvələrimiz onun ərazisinə yenidən zərbə endirə bilər. Müharibə istəmirik və atəşkəsin daimi olmasını gözləyirik”, – Pezeşkian qeyd edib.