Xəbərlər

Pezeşkian İraqa səfər edib

İran prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

İraqın Baş naziri Məhəmməd əl-Sudani Pezekişianı
Bağdad Beynəlxalq Hava Limanında rəsmi mərasimlə qarşılayıb.

Qeyd edilib ki, Pezeşkian İraq Prezidenti Əbdüllətif Rəşid, parlament sədri Muhsin Mendelavi və bəzi siyasi liderlərlə də görüşəcək.

İran liderinin həmçinin Nəcəfə, Kərbəlaya, Bəsrəyə və Ərbilə də səfər edəcəyi bildirilib.