İyulun 28-də Məsud Pezeşkianın İran Prezidenti vəzifəsinə təsdiq edilməsi mərasimi keçiriləcək və bu mərasimdə İslam Respublikasının ali dini lideri Əli Xameneinin müvafiq fərman imzalayacağı bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran Konstitusiyasının Keşikçilər Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.
“Seçilmiş prezidentin səlahiyyətlərinin icra müddətinin rəsmi başlaması, yəni 14-cü prezidentin təsdiqi mərasimi 1403-cü il 7 Mordad bazar günü (Qriqorian təqvimi ilə 28 iyul 2024-cü il tarixində) İslam İnqilabının ali dini lideri Əli Xameneinin hüzurunda baş tutacaq”, – Nazif qeyd edilib