Xəbərlər

Pezeşkian paytaxtın cənuba köçürülməsini təklif edib

İran Prezidenti Məsud Pezeşkian İran İslam Respublikasının paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruri olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Bizim iqtisadi və siyasi mərkəzi ölkənin cənub sahillərinə köçürməkdən başqa çarəmiz yoxdur”, – Pezeşkian qeyd edib.

Onun sözlərinə görə, Tehran başqa yolla həll edilə bilməyən problemlərlə üz-üzədir.

“Xammalın cənubdan və sahildən mərkəzə daşınması, hazır məhsulun yaradılması və ixrac üçün yenidən cənuba göndərilməsi zərurəti bizim rəqabət qabiliyyətimizi xeyli azaldır”, – İran Prezidenti əlavə edib.