Xəbərlər

Pezeşkian: Qərb vədini tutmadı

“ABŞ və Avropa İttifaqı (Aİ) HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə İranın cavab verməməsi müqabilində atəşkəs vəd etmişdi”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

“İranın Haniyyənin qətlinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələrinin rəhbərlərinin bəyanatları tamamilə yalandır. Vədlər tutulmadı. Cinayətkarlara yenidən şans vermək onları yeni cinayətlər törətməyə təşviq edəcək”, – Pezeşkian bildirib.