İran prezidenti Məsud Pezeşkian bildirib ki, qonşularla münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək Ali Rəhbərin müəyyən etdiyi baxışa uyğun olaraq onun administrasiyasının prioritetlərindən biridir və bu məsələ onun dövründə ciddi şəkildə davam etdiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə IRNA məlumat yayıb.
Nəşr qeyd edir ki, Məsud Pezeşkian Tehranın Mehrabad hava limanında Tacikistana yola düşməzdən əvvəl vurğulayıb: “Ortaq dil və tarixə malik qonşu Tacikistana səfər zamanı su, kənd təsərrüfatı, elm, mədəniyyət sahələrində əməkdaşlığa dair birgə sənədlər imzalanacaq. Sənaye, ticarət, nəqliyyat və mədən sənayesində əməkdaşlıq da diqqətimizdədir. Biz bu ölkə ilə əlaqələrimizi dərinləşdirməyə çalışacağıq”.