İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya prezidentinin amerikalı həmkarı Donald Trampla danışıqlarının Ukrayna böhranının həllinə kömək edəcəyinə ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran pezidentinin mətbuat xidmətindən bildirilib.
“Ümid edirəm ki, əldə edilmiş razılaşmalar praktikada Ukrayna probleminin tezliklə həllinə gətirib çıxaracaq”, – Pezeşkian qeyd edib.



