“Vaşinqton danışıqlarının nəticələri və Ermənistanla Azərbaycan arasında sülh region üçün yeni imkanlar yaradır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Pezeşkianı əmin edib ki, regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək. O həmçinin danışıqların nəticələrini obyektiv qiymətləndirdiyinə görə İran prezidentinə təşəkkür edib, onun İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.



