Xəbərlər

Politico: ABŞ Alyaskaya əlavə qüvvələr göndərir

“ABŞ hakimiyyəti Rusiya və Çinin regionda fəallaşdığını düşünür və bu səbəbdən Alyaskaya əlavə qüvvələr göndərir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“ABŞ ordusu Alyaska yaxınlığında mövcudluğunu tədricən artırır, bölgəyə bir esmines və uzaqmənzilli raket sistemi ilə təchiz edilmiş ordu birliyi göndərir, eyni zamanda Rusiya və Çinin artan hərbi fəaliyyəti səbəbindən Alyaska sahillərində gərginlik yüksəlir”, – məlumatda qeyd olunur.

Nəşr respublikaçı senator Den Sallivandan sitat gətirib. Sallivan hesab edir ki, Rusiya və Çin regionda tez-tez təlimlər keçirməyə başlayıb. Senator həmçinin ABŞ hakimiyyətini Alyaskada hərbi infrastrukturu inkişaf etdirməyə çağırıb.