“Avropa İttifaqı (Aİ) Qəzza ətrafındakı vəziyyətlə əlaqədar İsraillə assosiasiya sazişini dayandırmağı düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən hazırlanan sənəd layihəsinə əsasən, digər məsələlərlə yanaşı, Aİ ilə İsrail arasında ticarət-iqtisadi əməkdaşlığı tənzimləyən sazişin tam dayandırılmasına qədər olan tədbirlər müzakirə edilir. Təklif olunan variantlar arasında sazişin qismən dayandırılması, xüsusən də Baş nazir Benyamin Netanyahu hökuməti ilə siyasi dialoqun dayandırılması var ki, bunun üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdilliklə qərarı təsdiqlənməsi tələb olunur.
“Politico” qeyd edir ki, İsrailin Erasmus kimi Avropanın elmi və təhsil proqramlarında iştirakına məhdudiyyətlər, o cümlədən texniki əməkdaşlığa məhdudiyyətlər də nəzərdən keçirilir.
Aİ xarici işlər nazirlərinin iyulun 15-də mümkün tədbirləri müzakirə edəcəkləri gözlənilir, həmin gün İsrailin Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasına dair hesabat təqdim edəcəyi gözlənilir.