“Almaniya hökuməti artan müdafiə ehtiyaclarını ödəmək üçün əlavə 15 ədəd beşinci nəsil F-35 qırıcıları almağı planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri bir neçə mənbəyə istinadən yazır.
Söhbət Almaniya ilə Amerika tərəfi arasında 2022-ci ildə bağlanmış ilkin razılaşmanın genişləndirilməsindən gedir. Həmin razılaşmaya əsasən Berlin 35 ədəd F-35 almalıdır. İndi Almaniya tərəfi müqavilə üzrə beşinci nəsil qırıcıların sayını 50-yə çatdırmağı gözləyir. Mənbələr qeyd edir ki, bu mövzuda ABŞ-la danışıqlar artıq davam edir, alman tərəfi yeni texnikaları almaqda qərarlıdır.
Eyni zamanda, Almaniya və onun kansleri Fridrix Mersin başçılıq etdiyi hazırkı rəhbərliyi Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Amerikadan silah alınması məsələlərində Avropanın müstəqilliyinin və muxtariyyətinin artırılması kursunu müdafiə etməyə başlayıb. Almaniya altıncı nəsil qırıcı FCAS (Gələcək Döyüş Hava Sistemi) yaratmaq üçün qabaqcıl Avropa layihəsinə arxalanır. Onun ilk nümayiş uçuşu 2020-2029-cu illərdən tez olmamalıdır. Lakin onun həyata keçirilməsi zamanı Berlin və Paris arasında dizayn işləri üçün sifarişlərin bölüşdürülməsi və iki ölkənin şirkətləri arasında komponentlərin istehsalı ilə bağlı ciddi fikir ayrılıqları yaranıb, çünki Fransa layihədə dominant mövqe tutmağa çalışır.