Xəbərlər

Politico: Britaniya hakimiyyəti AUKUS-un gələcəyindən narahatdır

“Britaniya hakimiyyəti ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsi fonunda Vaşinqton, London və Kanberranın AUKUS formatında iştirak etdiyi hərbi tərəfdaşlığın gələcəyindən ehtiyat edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

“Trampın ABŞ-ın bu alyans çərçivəsində Britaniya və Avstraliya ilə əməkdaşlığına dair fikirləri London və Kanberra üçün hələ də aydın deyil. Bunun fonunda Britaniya hökumətində respublikaçının vəzifəyə gəldikdən sonra tərəfdaşlıq formatına yenidən baxa və ya müvafiq müdafiə layihələrinin həyata keçirilmə vaxtını dəyişdirə biləcəyi ilə bağlı ciddi narahatlıqlar var”, – məlumatda bildirilib.