İsrailin İranın raket hücumlarına cavab olaraq Suriya və ya Yəməndə Tehranın dəstəklədiyi birləşmələrə və ya birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə zərbələr endirə biləcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“ABŞ Prezidenti Co Baydenin köməkçiləri qeyd ediblər ki, Birləşmiş Ştatlar İranın mümkün hücumuna cavab tədbirləri ilə bağlı İsraillə danışıqlar aparır, buna hərbi zərbə də daxil ola bilər. İranın dəstəklədiyi milislərə və ya birbaşa SEPAH-a hücum ehtimalı da var. İranın Yəmən və ya Suriyadakı qüvvələri zərbələrin hədəfi seçilə bilər”, – məlumatda qeyd olunub.