Xəbərlər

Politico: İsrail və HƏMAS münaqişəni ilin sonuna qədər həll edə bilməyəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail və HƏMAS hərəkatının yaxın gələcəkdə Qəzza zolağında münaqişənin həlli üçün razılığa gələ biləcəyinə şübhə edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin Ağ Evdəki mənbələrinə görə, İsrail hakimiyyəti və HƏMAS girovları və fələstinli məhbusları azad etmək üçün ümumilikdə 6 həftəlik atəşkəs barədə razılığa gəlirlər, lakin münaqişənin yekun həlli ilə bağlı ortaq fikrə malik deyillər. HƏMAS İsraildən Fələstin anklavından tam çəkilməyə razılıq verməsini istəyir, İsrail isə HƏMAS tamamilə məhv edilənə qədər ordusunun Qəzzanı tərk etməyəcəyini deyir. Amerika rəsmilərinin fikrincə, bu fikir ayrılıqları münaqişənin həlli ilə bağlı sazişin bağlanması prosesini dayandıra bilər.