“Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqe ortaya qoya bilmir, bu da onun regiondakı siyasətinə zərbə vurur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” fransız siyasətçilərə istinadən məlumat yayıb.
“Prezidentin çevrəsindəki məmurların bir qismi İsrail, digər bir qismi isə Fələstinin tərəfindədir. Makronun regiondakı münaqişə ilə bağlı mövqeyi onun kimə qulaq asmasından asılı olaraq bir gün ərzində dəyişə bilər”, – məlumatda bildirilib.