“Avropa mövcud qaydalara əməl etsə, müasir silah rəqabətində qalib gələ bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa admiralı və Müttəfiqlərin Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vandier “Politico” nəşrinə bildirib.
Qəzet Vandierdən sitat gətirir: “Avropa bu gün özünə tətbiq etdiyi qaydalara əməl etməklə gələcək silah rəqabətində qalib gələ bilməyəcək”.
Nəşrin yazdığına görə, fransız admiral 2025-ci ildə Haaqada keçiriləcək NATO sammitinin Aİ-yə siqnal göndərəcəyinə ümid edir.