“Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Ukrayna Prezidenti Volodimir Zelenskinin tələblərini yerinə yetirməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək, Ukraynanı alyansa dəvət etməyə hazır deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.
“Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənirlər, ancaq onlar da Ukraynanın NATO-ya üzv olmasını istəmirlər. Macarıstan və Slovakiya da Ukraynanın üzvlüyünə qarşıdır”, – məlumatda bildirilib.