“Bu ay ABŞ müdafiə nazirinin dəyişməsi Ukraynaya silah tədarükünü koordinasiya edən bir qrup Qərb dövlətinin işinə təsir göstərə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Ostin bu ay Pentaqonu tərk edəndə Ukraynaya dəstək qrupu ən böyük tərəfdaşını və qurucusunu itirəcək. Bu, xüsusilə təlatümlü vaxtdır, çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası Ukraynaya yardıma şübhə ilə yanaşır və yeni ifrat sağçı Avropa hökumətləri Kiyevə daha çox silah göndərməkdə maraqlı deyillər”, – məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə yardım göstərməkdən ötrü müttəfiqləri ilə son görüşü üçün Almaniyada səfərdədir.