“Oktyabrın 1-dək NATO-nun baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının yeni sədri olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münxen konfransından sonra icra edəcək.