“ABŞ prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin NATO çərçivəsində deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, atəşkəs razılaşması olacağı təqdirdə ABŞ Rusiyanın Ukraynaya qarşı gələcək mümkün təcavüzünün qarşısını almaq və resurslarla təmin etmək üçün müəyyən rol oynamağa hazırdır.



