“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Ukraynaya kredit verilməsində iştirakdan imtina etsə belə, Avropa İttifaqı (Aİ) Kiyevə 50 milyard dollarlıq kreditin köçürülməsinə zəmanət verir”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın maliyyə nazirinin müavini Pavel Karbovnik deyib.
“Biz Aİ-də Trampın mövqeyindən asılı olmayaraq 50 milyard dolların Ukraynaya verilməsini təmin etmək üçün tədbirlər görəcəyik. Trampın dövlət başçısı vəzifəsinə gəldikdən sonra Kiyevə Rusiya aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə kreditin ayrılması ilə bağlı Yeddilik Qrupu (G7) sazişindən çıxması ilə bağlı risk var”, – Karbovnik əlavə edib.