“Polşa Avropa İttifaqının (Aİ) müdafiə layihələrinə ayırdığı xərclərin hazırkı səviyyəsindən narazıdır və assosiasiyaya sədrliyi dövründə onu artırmağa çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış jurnalistlərə müsahibəsində deyib.
“Məncə, Aİ müdafiə üçün çox az vəsait ayırır. Biz təmin edəcəyik ki, Polşanın sədrliyi dövründə bu vəziyyət dəyişsin”, – Vladislav Kosinyak-Kamış qeyd edib.