Xəbərlər

Polşa Belarusla sərhəddə briqada yerləşdirəcək

Polşa hakimiyyəti Belarusla sərhəddə Birinci Legion Piyada Diviziyasının mexanikləşdirilmiş briqadasını yerləşdirmək qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Qeyd edilib ki, Birinci Legion Piyada Diviziyası Polşa ordusunda beşinci taktiki birləşmə olacaq və hər birində dörd batalyon olmaqla dörd briqadadan təşkil ediləcək.