Xəbərlər

Polşa Cənubi Koreyadan daha bir silah partiyası alıb

Yeddi ədəd “K2” tankı, eləcə də çox sayda “Homar-K” raket buraxılış sistemləri və “K9” özüyeriyən artilleriya qurğularından ibarət növbəti silah partiyası Cənubi Koreyadan Polşaya gətirilib.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Beyda deyib.

“Bu il üçün biz təxminən 84 ədəd “K2” tanklarını təhvil almışıq. Polşa ordusuna yeni “K9” haubitsaları və “Homar-K” buraxılış qurğuları göndərilib”, – Beyda əlavə edib.