Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması barədə qərar qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Polşa xarici işlər naziri Radoslav Sikorski Polşa Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyini ləğv etmək qərarına gəlib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Konfransın ilk iclasında iştirak edən ölkələrdən biri olub. Respublika sonuncu dəfə təşkilata 2022-ci ildə sədrlik edib.