Polşa hakimiyyəti 2024-cü ildə “Şərq Qalxanı” layihəsi çərçivəsində Rusiya və Belarusla sərhəddə istehkam xəttinin tikintisinə başlayacağını qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“İşlər bu il başlayacaq, biz hazırda planlaşdırma mərhələsindəyik, planlaşdırma başa çatan kimi dərhal hazır olacağıq”, – Kosinyak-Kamış söyləyib.
Qeyd edilib ki, Varşava bu layihə üçün Avropa İnvestisiya Bankı və Avropa İttifaqından maliyyə yardımı almağa çalışır.