Xəbərlər

Polşa MN: Ukrayna NATO-ya üzv olmaq üçün dəvət almayacaq

“2025-ci ilin iyununda Haaqada keçiriləcək NATO-nun növbəti sammitində Ukrayna çətin ki, alyansa qoşulmaq üçün dəvət alsın”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Müdafiə Nazirliyinin (MN) rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

“Heç nə deməyə əsas vermir ki, NATO-nun Haaqada keçiriləcək növbəti sammitində Ukrayna sammitə dəvət ediləcək. Hazırda Ukraynanın NATO-ya daxil olmasına təkcə ABŞ deyil, Polşanın bəzi qonşuları da qarşı çıxır”, – nazir qeyd edib.