Xəbərlər

Polşa NATO və Ukraynanın ehtiyacları üçün sursat zavodu tikmək istəyir

Polşa hakimiyyəti NATO və Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalı zavodu tikmək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Prezidenti Anjey Duda Kielcedə keçirilən 32-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışında deyib.

“Bəli, sursat istehsal zavodu təkcə bizim üçün deyil, bütün Şimali Atlantika Alyansı (NATO) üçün ehtiyacımız olan bir şeydir”, – Duda bildirib.

Həmçinin o, Ukraynanın öz ərazisini müdafiə etmək üçün bu gün malik olduğu sursata ehtiyacı unutmamağa çağırıb.