Xəbərlər

Polşa prezidentinin təltif etdiyi azərbaycanlı alim daha bir mükafat qazanıb

Polşanın Varşava Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsinin İstehsalat mühəndisliyi və inşaat idarəetmə kafedrasının müdiri, azərbaycanlı professor, texniki elmlər doktoru Nəbi İbadov Polşa İnşaat Mühəndisləri və Texnikləri Assosiasiyası tərəfindən təltif olunub.

“Füyuzat”ın məlumatına görə, N.İbadov tikinti layihəsi mühəndisliyi sahəsindəki elmi nailiyyətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, medal və diplom Qlivitsedə keçirilən 69-cu Krynitsa Elmi Konfransı zamanı ona təqdim olunub.

Bundan əlavə, o, 2019-cu ildə Polşa prezidenti tərəfindən elmi kateqoriyada “Uzunmüddətli xidmətə görə” gümüş medalla təltif edilib.