“Polşanın yeni hökuməti Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyatlar fonunda İsrailə öldürücü silahlar vermir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
İyulun əvvəlində mövzu ilə bağlı Polşanın Texnologiya və İnkişaf Nazirliyinə sorğu göndərilib. Xarici İşlər Nazirliyinin silah və hərbi texnikanın ixracı ilə bağlı hesabatında İsrailə bomba və raketlərin çatdırılması yer alıb.
Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Polşa firmaları İsrailə silah ixrac etmək üçün dörd icazə alıb. Bununla belə, nazirlik vurğulayıb ki, söhbət tam öldürücü silahlardan deyil, yalnız əsgərlər üçün ehtiyat hissələri və qoruyucu vasitələrdən, xüsusən də dəbilqələrdən gedir.