“Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələr Ukrayna üzərində düşmən raketlərini vura bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Ukrayna ərazisi üzərindən raketlərin vurulmasının Şimali Atlantika Alyansını (NATO) münaqişəyə sürükləyə biləcəyi qorxusuna baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur”, – Sikorski bildirib.
“Şəxsən mən belə hesab edirəm ki, düşmən raketləri hava məkanımıza yaxınlaşdıqda, biz onlara hücum edərək özümüzü müdafiə etməliyik”, – nazir qeyd edib.