Xəbərlər

Polşa sursatların alınması üçün yeni müqavilə imzalayıb

Polşa hakimiyyəti artilleriya sursatlarının alınması üçün ciddi əhəmiyyətə malik yeni müqavilə imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Nazir qeyd edib ki, yeni hakimiyyət sursat ehtiyatının yaradılması üzrə milli proqramı ixtisar etmək niyyətində deyil, əksinə ölkədəki istehsalı artırmağı planlaşdırır. Bununla belə, respublikanın keçmiş hökuməti ilə sursat zavodu tikməli olan Amunicja Polska konsorsiumu arasında bağlanmış müqavilə pozuntulara görə yoxlanılacaq.