“Ukrayna hakimiyyəti başa düşür ki, hərbi münaqişə vəziyyətində olan ölkə NATO üzvü ola bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın daxili işlər naziri Tomaş Siemonyak deyib.
Həmçinin “Politico” 60-dan çox amerikalı xarici siyasət ekspertinin imzaladığı məktubu dərc edib. Məktubda ekspertlər NATO üzvlərini Ukraynanın üzvlük yolunda irəliləməsinə imkan verəcək istənilən qərarlardan imtina etməyə çağırıblar.
Qeyd edək ki, NATO-nun Vaşinqton sammiti iyulun 9-11-də keçiriləcək.