Xəbərlər

Polşa Ukraynaya 100 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq

Polşa Kiyevə 100 milyon avro dəyərində daha bir hərbi yardım paketi göndərəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Onet” saytı məlumat yayıb.

Nəşr qeyd edir ki, bu hərbi yardım paketi öz növbəsində 45-ci olacaq. Paketə nələrin daxil olacağı və nə vaxt çatdırılacağı barədə heç bir məlumat verilmir.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski və respublikanın müdafiə nazirinin müavini Sezari Tomçik Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını elan ediblər.

“Onet”in məlumatına görə, Varşava artıq Ukraynaya hərbi dəstək üçün 4,5 milyard avro xərcləyib.