Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
Qeyd edilib ki, Çexiya Prezidenti Petr Pavel fevralın 17-də Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, vəsait mövcud olduğu təqdirdə respublika üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi almaq imkanı tapacaq.