“Kiyev hakimiyyəti belə bir xahişlə Varşavaya müraciət edərsə, Polşa Ukraynaya elektrik enerjisi tədarükünü artırmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın iqlim və ətraf mühit naziri bildirib.
“Polşa Ukraynaya elektrik enerjisi satışını artıra biləcək, ancaq bir şərtlə ki, Ukraynanın özü belə bir arzu ifadə etsin. Operatorumuz hazırdır, yeganə sual Ukraynanın ondan istifadə etmək istəyib-istəməməsidir”, – nazir əlavə edib.