Xəbərlər

Polşa Ukraynaya silah verməyəcək

“Polşa artıq Ukraynaya tədarük edə biləcəyi bütün silahları verib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

“Polşa höküməti Ukraynaya bir neçə milyard dollarlıq silah tədarükünü həyata keçirib. Biz bilirik ki, Ukraynanın bir çox silah növlərinə ehtiyacı var, lakin Ukraynadan olan tərəfdaşlarımız başa düşməlidirlər ki, Polşa dövləti öz imkanlarını qoruyub saxlamalıdır və mənim üçün bu, müdafiə naziri kimi prioritetdir. Ölkəmizin təhlükəsizliyi bizim üçün həmişə ali məqsəddir və qəbul etdiyimiz bütün qərarlar Polşa dövlətinin təhlükəsizliyini nəzərə alınmaqla qəbul edilir”, – nazir bildirib.