Polşa və ABŞ hökumətləri 96 ədəd “Apache AH-64E” hücum helikopterinin tədarükü üzrə müqavilə imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Polşa tərəfindən müqaviləni imzalayan milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Varşavanın bu helikopterləri 2028-ci ildə almağa başlayacağını bildirib.
Müqavilənin dəyəri isə təxminən 10 milyard dollardır.