“Volın qətliamının qurbanlarının yenidən dəfn edilməsi və yad edilməsi ilə bağlı məsələlər həll olunmayana qədər Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-da yeri yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Müxalif Hüquq və Ədalət partiyasından Polşa prezidentliyinə namizəd Karol Navrocki bildirib.
“Bu gün mən Ukraynanı heç bir strukturda görmürəm. Nə Avropa İttifaqında, nə də NATO-da. Ən azından polyaklar üçün vacib olan məsələlər həll olunmayana qədər. Qonşusunun 120 min vətəndaşına qarşı çox amansız cinayətə görə cavab verə bilməyəcək bir ölkə beynəlxalq alyansların bir hissəsi ola bilməz”, – məlumatda bildirilib.