Polşa Xarici İşlər Nazirliyi (XİN) respublikanın dost olmayan ölkələr siyahısında olmasını səbəb tutaraq və konsulluq işçilərinin ixtisarını əsas gətirərək, respublika vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa XİN-in “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.
“Xarici İşlər Nazirliyi Ukraynadakı müharibə və Polşanın Rusiya Federasiyasının hakimiyyət orqanları tərəfindən dost olmayan dövlət kimi tanınması ilə əlaqədar Rusiyaya səfər etməyi tövsiyə etmir. Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması ilə əlaqədar olaraq, Polşa Respublikasının Xarici İşlər Nazirliyi vətəndaşlarına yardım göstərmək imkanı məhduddur”, – məlumatda bildirilib.